Bank Of Baku

Sabah Bakıda IX beynəlxalq təhsil yarmarkası keçiriləcək

Sabah Bakıda IX beynəlxalq təhsil yarmarkası  keçiriləcək
# 09 oktyabr 2009 10:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Oktyabrın 10-da Bakıda IX beynəlxalq təhsil yarmarkası keçiriləcək. Bu barədə APA-ya Bakı Təhsil Məlumat Mərkəzindən (BTMM) məlumat verilib. Yarmarkada Azərbaycanda təhsillə məşğul olan aparıcı təşkilatlar, ABŞ səfirliyi, ACCELS, IREX, DAAD, STİ - Azerbaijan, Coventry University (Böyük Britaniya), «Education and Training International», Azərbaycan Diplomatik Akademiyası, AKİ İnter, Study Bridge Educational Consultancy, American University in Kyrgyzstan (Qırğızıstan), Cambridge Educational Group (Böyük Britaniya), DeltaEducation, G&R Business Services MMC iştirak edəcək. Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcəklər və həmçinin yarmarka iştirakçılarını materiallarla təchiz edəcəklər. Bakı Təhsil Məlumat Mərkəzi 1997-ci ildən fəaliyyət göstərən, Amerika Dövlət Departamenti tərəfindən dəstəklənən və əsas məqsədi xaricdə təhsil almaq imkanları haqqında məlumat yaymaq olan müstəqil təhsil və məlumat mərkəzidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR