Bank Of Baku

Azərbaycan Avropa Şurasının Gənclərlə İş üzrə Birləşmiş Şurasının iclasında gənclər siyasəti sahəsində nümunəvi ölkə seçilib

Azərbaycan Avropa Şurasının Gənclərlə İş üzrə Birləşmiş Şurasının iclasında gənclər siyasəti sahəsində nümunəvi ölkə seçilib
# 09 oktyabr 2009 10:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Avropa Şurasının Gənclərlə İş üzrə Birləşmiş Şurasının oktyabrın 5-8-də Budapeştdə (Macarıstan) keçirilmiş iclasında gənclər siyasəti sahəsində nümunəvi ölkə seçilib. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Avropa Şurasına üzv dövlətlərdə gənclər siyasətinin mahiyyəti, nailiyyətləri və gənclər təşkilatlarına verilən imkanlar haqda müzakirələr aparılıb. Azərbaycanı bu iclasda GİN-in gənclərlə iş şöbəsinin müdiri, Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin üzvü Fərhad Hacıyev təmsil edib. Müzakirələr zamanı gənclər təşkilatları ilə əməkdaşlığın qurulması, yeni layihələrin dəstəklənməsi və beynəlxalq qurumlarla əməkdaşlığa dəstək baxımından Azərbaycan bir sıra ölkələrin nümayəndələri tərəfindən nümunəvi ölkə elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR