Bank Of Baku

Bakıda Mahmud Kaşğarinin 1000 illiyi münasibəti ilə tədbir keçirilib

Bakıda Mahmud Kaşğarinin 1000 illiyi münasibəti ilə tədbir keçirilib
# 09 oktyabr 2009 11:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) türkologiyanın banisi Mahmud Kaşğarinin 1000 illiyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ADU-nun rektoru Səməd Seyidov tədbirin önəmindən danışıb və Mahmud Kaşğari irsinin yüksək dəyərlərini bildirib. S. Seyidov deyib ki, Mahmud Kaşğarinin yubiley tədbirinin ADU-da keçirilməsi çox gözəl hadisədir. Rektor deyib ki, ADU-nun Elm şöbəsinə Mahmud Kaşğari yaradııclığı ilə bağlı 10-larla məruzələr daxil olub.
Tədbirdə çıxış edən akademik Adil Babayev bu zamana kimi Mahmud Kaşğari haqqında 1336 əsər yazıldığını diqqətə çatdırıb.
Yubiley tədbirində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Naxçıvan Dövlət Universitetinin nümayəndələri və Türk dünyasında Mahmud Kaşğari yaradıcılığının araşdırmaçıları iştirak ediblər.
Qeyd edək ki, yubiley tədbiri ADU-da 2008-2009-cu tədris ilində elan olunan “Elm ili” çərçivəsində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR