Bank Of Baku

BMT-nin baş katibi Ümumdünya Psixi Sağlamlıq Günü ilə bağlı müraciət edib

BMT-nin baş katibi Ümumdünya Psixi Sağlamlıq Günü ilə bağlı müraciət edib
# 09 oktyabr 2009 13:44 (UTC +04:00)
Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun 10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü ilə bağlı müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, psixi pozğunluq inkişaf etməkdə olan ölkələrdə, başqa keçici olmayan xəstəliklərlə müqayisədə xəstəliyin ağırlaşmasına və əlilliyə gətirib çıxarır: “Buna baxmayaraq, bu xəstəlikdən əziyyət çəkən çox kiçik bir qrup insan psixiatr xidmətlərindən istifadə edə bilir. Ehtiyac böyük, qayğı isə azdır. Ümumdünya Psixi Sağlamlıq Günü, bütün tələblərə cavab verən psixiatr xidmətini təmin etmək məqsədilə beynəlxalq ehtiyatları səfərbər etmək üçün çox vacib bir imkandır. Hökumətlər və ictimai səhiyyə təşkilatları, vətəndaş cəmiyyəti, çox şaxəli agentliklər və donorlar bu məqsədə çatmaq üçün səylərini birləşdirməlidirlər”. Müraciətdə psixi səhiyyə xidmətlərinin genişləndirməyin, əsas səhiyyə xidmətləri sistemini dünya səviyyəsində psixi sağlamlıq xidmətlərinə tətbiq etmək üçün səyləri birləşdirməyin vacib olduğu qeyd edilib: “Sağlamlıq insan hüquqlarından ən vacibidir. Gəlin bütün dünyada ictimai səhiyyə və psixi pozğunluqdan əziyyət çəkən insanlara olan diqqətimizi artırmaq barədə qərarımızı verək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR