Bank Of Baku

Zaqatalada mədəniyyət evi istifadəyə verilib

Zaqatalada mədəniyyət evi istifadəyə verilib
# 09 oktyabr 2009 20:37 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov. APA. Zaqatalada mədəniyyət evi istifadəyə verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

Məlumata görə, rayonun Lahıc kəndində mövcud olan 250 yerlik kənd mədəniyyət evi son illər baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüşdü. Rayonun daxili imkanları hesabına Lahıc kənd mədəniyyət əsaslı bərpa edilib və müasir avadanlıqlarla təchiz olunub. Təmirdən sonra mədəniyyət evinin inzibati binasında kitabxana və Lahıc kənd bələdiyyəsi fəaliyyətə başlayıb. Mədəniyyət evinin həyətində ucalan Nizami Gəncəvinin heykəli də əsaslı təmir olunub.
Təmir işlərindən sonra Lahıc kənd mədəniyyət evinin yenidən istifadəyə verilməsi münasibətilə açılış mərasimi keçirilib. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, müvafiq təşkilat nümayəndələri və Lahıc kənd sakinləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR