Bank Of Baku

Azərbaycanda mina qurbanlarına biznes fəaliyyəti ilə məşğul olmaq üçün faizsiz maliyyə vəsaiti verilib

Azərbaycanda mina qurbanlarına biznes fəaliyyəti ilə məşğul olmaq üçün faizsiz maliyyə vəsaiti verilib
# 10 oktyabr 2009 00:07 (UTC +04:00)
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi (İB) ölkədəki mina qurbanları üçün yeni layihə həyata keçirməyə başlayıb. Bu barədə APA-ya birliyin sədri Hafiz Səfixanov məlumat verib.

Məlumata görə, layihə Füzuli, Tərtər və Tovuz rayonlarında yaşayan mina qurbanlarına öz kiçik biznes fəaliyyətini təşkil etməklə həyat şəraitlərini yaxşılaşdırmaq üçün faizsiz maliyyə vəsaitlərinin verilməsini nəzərdə tutur. Kanadanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən layihənin ilkin mərhələsində mina qurbanları üçün kiçik biznesin hüquqi əsasları və iqtisadi aspektləri mövzularında seminarlar təşkil olunub.

Layihədə iştirak etmək istəyən mina qurbanları Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə öz biznes planlarını təqdim edib və bunların içindən hər regiondan bir layihə maliyyələşdirilmək üçün seçilib. Maliyyələşdirilən layihələr kənd təsərrüfatı sferasınə və mobil telefonların, onların aksessuarlarının satışını nəzərdə tutur. Layihə çərçivəsində hər bir region üçün 3000 ABŞ dolları məbləğində vəsait ayrılıb.

Mina qurbanları aldıqları vəsaiti layihənin sonunda 100% geri qaytarmalıdır. Geri qaytarılmış vəsait digər mina qurbanlarına veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR