Bank Of Baku

Bakıda təhsil yarmarkası keçirilib

Bakıda təhsil yarmarkası keçirilib
# 10 oktyabr 2009 11:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda IX Təhsil Yarmarkası keçirilib. «APA-Economics»in məlumatına görə, Bakı Təhsil Məlumat Mərkəzi tərəfindən təşkil olunan yarmarkada Azərbaycanın təhsil sahəsində fəaliyyət göstərən bir sıra müəssisə, o cümlədən xarici və beynəlxalq təşkilatlar iştirak edib. Belə ki, yarmarkaya Azərbaycan Diplomatik Akademiyası, İREX, DAAD, «STİ-Azərbaycan», Böyük Britaniyanın Koventri Universiteti, «Education and Training International», «American University in Kazaxstan», «Cambridge Educational Group», «Delta Education» və digər təşkilatlar qatılıb. Təşkilatların nümayəndələri öz təhsil proqramları, fəaliyyətləri və yarmarka iştirakçılarını maraqlandıran digər məsələlər barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, Bakı Təhsil Məlumat Mərkəzi 1997-ci ildən fəaliyyət göstərir və ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən təşkilatdır. Mərkəzin əsas məqsədi xaricdə təhsil almaq sahəsində məlumatları yaymaqdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR