Bank Of Baku

Azərbaycan paytaxtında Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçirilir - FOTO

Azərbaycan paytaxtında Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçirilir - <font color=red>FOTO</font>
# 10 oktyabr 2009 11:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıda professor Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” adlı Beynəlxalq İbn Ərəbi simpoziumu keçirilir. APA-nın məlumatına görə, üç gün davam edəcək simpoziumda dünyanın bir çox ölkəsindən alimlər, ictimai xadimlər iştirak edirlər.

Simpoziumda açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov Qərblə Şərqin ortaq mənəvi dəyərlərinin Azərbaycanda birləşdiyini bildirib. O, 12-ci əsrin mütəfəkkiri İbn Ərəbinin yaradıcılığı ilə Qərb fəlsəfəsi arasında oxşar cəhətlərin olduğunu deyib: “İbn ərəbinin irsi insanları həmişə düşündürən məsələlərlə bağlı olduğundan hər zaman aktualdır”. M. Kərimov A. İmanquliyevanın da şərqşünaslıq elminə verdiyi töhfəni çox yüksək qiymətləndirib.

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva anasının həyat və elmi fəaliyyəti barədə simpozium iştirakçılarına məlumat verib, onun çox mənalı ömür sürdüyünü, Azərbaycanda şərqşünaslın sahəsində ilk qadın professor olduğunu bildirib: “Onda Şərqin ruhu, Qərbin əqli vardı”.

İbn Ərəbi Cəmiyyətinin sədri Qrenvill Kollinz, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Kudelinin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, İslam Konfransı Təşkilatı Parlament Assambleyasının baş katibi, professor Mahmud Erol və digərləri A. İmanquliyevanın elmi irsi barədə danışıb, Azərbaycanın Qərbin dəyərləri və Şərqin mentalitetini birləşdirən ölkə olduğunu qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR