Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı araşdırma aparılıb

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı araşdırma aparılıb
# 12 oktyabr 2009 07:59 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 28 sentyabr-4 oktyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 19 akt və protokol tərtib olunub. Ümumilikdə 9 iş üzrə 23700 manat məbləğində cərimə tətbiq edilib və dəymiş ziyana görə 1 iş üzrə 1869 manat məbləğində iddia qaldırılıb. Yerin təkinin mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunmuş və 6 iş üzrə 17200 manat məbləğində cərimə tətbiq edilib. Atmosfer havasının mühafizəsi ilə bağlı 5 akt və protokol tərtib olunub. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 3 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 6500 manat məbləğində cərimə tətbiq edilib.
Floranın mühafizəsi sahəsində 9 akt tərtib olunmuş və 1 iş üzrə 1869 manat məbləğində iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR