Bank Of Baku

Azərbaycanda II və III ixtisas qruplar üzrə ixtisaslara sənəd verən abituriyentlər xarici dil kimi rus dilini də seçə biləcəklər

Azərbaycanda II və III ixtisas qruplar üzrə ixtisaslara sənəd verən abituriyentlər xarici dil kimi rus dilini də seçə biləcəklər
# 12 oktyabr 2009 09:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2010-2011-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında xarici dil fənni kimi I və II ixtisas qruplarında ingilis, alman, fransız , rus, III ixtisas qrupunda isə ingilis, alman, fransız, rus, ərəb və fars dilləri nəzərdə tutulub. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. I, II və III ixtisas qruplarında bütün xarici dil fənləri üzrə nisbi bal məhdudiyyəti tətbiq ediləcək.
İndiyədək II və III ixtisas qruplarında imtahan verən abituriyentlərə xarici dil kimi rus dilini seçmək hüququ verilmirdi. Növbəti qəbul imtahanlarında həmin qruplar üzrə ixtisaslara sənəd verən abituriyentlər xarici dil kimi rus dilini də seçə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR