Bank Of Baku

Qubada təbii fəlakətlərdən ziyan çəkən ailələrə tikinti materiallarından ibarət yardım paylanıb

Qubada təbii fəlakətlərdən ziyan çəkən ailələrə tikinti materiallarından ibarət yardım paylanıb
# 12 oktyabr 2009 11:07 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Quba rayonunda təbii fəlakətlərdən ziyan çəkən ailələrə göndərilən tikinti materiallarından ibarət yardım paylanıb. APA-nın şimal bürosunun xəbərinə görə, rayon Fövqəladə Hallar Komissiyasının hesablamasına görə, son bir il ərzində Qubada baş verən təbii fəlakətlər nəticəsində 650-dək ailəyə ziyan dəyib. Xüsusilə rayonun Çiçi, Tüləkəran kimi dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrində güclü külək, yağış və sel yaşayış binalarını yararsız hala salıb. Zərərçəkən ailələr qeydiyyata alınıb və bu gün həmin ailələrin bir hissəsinə mənzillərini bərpa etmək üçün yardım göstərilib.
Ümumilikdə zərərçəkən ailələrə 216 kub taxta, 7 min şifer paylanıb. Yardım tədbirlərinin davam etdirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR