Bank Of Baku

Azərbaycanda beynəlxalq səhiyyə sərgiləri keçiriləcək

Azərbaycanda beynəlxalq səhiyyə sərgiləri keçiriləcək
# 12 oktyabr 2009 11:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Oktyabrın 13-də başlayacaq Azərbaycan Beynəlxalq Səhiyyə, 4-cü Azərbaycan Beynəlxalq Stomatologiya, 3-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən “İTECA Caspian” şirkətinin direktor müavini Bəhruz Hidayətzadə bildirib ki, Səhiyyə Nazirliyi ilə Ticarət və Sənaye Palatasının dəstəyi ilə keçiriləcək sərgidə 13 ölkədən 74 şirkət iştirak edəcək. İştirakçılar arasında “Vitta” (Azərbaycan), “Medifarma” (Azərbaycan), “İsomed” (Azərbaycan), “Aitecs” (Litva), “Akgun Software” (Türkiyə), “Belmedpreparatı” (Belarus), “Hell” (Azərbaycan), “Kurt&Kurt” (Türkiyə), “Labservis” (Azərbaycan), “Med-tech” (Rusiya) kimi şirkətlərin adları var. İlk dəfə sərgidə İranın milli stendi də olacaq. Sərgi çərçivəsində Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankı ilə birgə “Qan verək və insan həyatını xilas edək” devizi altında xeyriyyə aksiyası da keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat şöbəsinin müdiri Anar Qədirli bildirib ki, son illər Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar daha çox tibb müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsinə yönəlib. Buna görə də belə sərgilərin ölkə səhiyyəsi üçün əhəmiyyəti böyükdür. A. Qədirlinin sözlərinə görə, səhiyyədə aparılan islahatlar nəticəsində son üç ildə 300 tibb müəssisəsi tam yenidən qurulub və dünya standartlarına cavab verən avadanlıqlarla təchiz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR