Bank Of Baku

Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılacaq

Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılacaq
# 12 oktyabr 2009 11:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyi tərəfindən Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun yaradılacaq şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdən ibarət olacaq.

Qeyd edək ki, elektron tədris resurslarının Azərbaycanın təhsil sistemində geniş istifadəsi nəzərdə tutulur. Milli Təhsil Portalında yerləşdiriləcək elektron tədris resurslarından Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulan bütün məktəblər istifadə edə biləcək. Elektron tədris resurslarının qiymətləndirilməsi “Təhsil haqqında” qanunun, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (milli kurrikulum) və digər müvafiq sənədlərin tələblərinə uyğun həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR