Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “donuz qripi”nə qarşı vaksin göndərəcək

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “donuz qripi”nə qarşı vaksin göndərəcək
# 12 oktyabr 2009 13:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən A/H1N1 (“donuz qripi”) virusuna qarşı vaksin alınması üçün daxil olmuş məktuba müsbət cavab verib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, ÜST-nin məktubu nazirliyə ötən həftə daxil olub. Lakin hələlik Azərbaycana “donuz qripi”nə qarşı nə qədər vaksin gətiriləcəyi dəqiqləşməyib: “Hazırda ÜST ilə yazışmalar gedir. Səhiyyə Nazirliyində prioritet qruplar müəyyənləşdirilir. Çünki biz alınacaq vaksinlərin sayını, ilk növbədə kimlərin peyvənd olunacağını müəyyənləşdirməliyik”.

V. Qasımov bildirib ki, vaksinlər Azərbaycana gətiriləndən sonra ilk növbədə xəstələrlə daim təmasda olan həkimlər peyvənd olunacaqlar.

Qeyd edək ki, hazırda ölkədə 90 minə yaxın həkim var. Sərhədçilər, gömrük işçiləri, polislər, xəstələr, 15 yaşa qədər uşaqlar, hamilə qadınlar da ilk peyvənd olunanlar sırasında olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR