Bank Of Baku

Ağdaş rayonunda ev yanıb

Ağdaş rayonunda ev yanıb
# 12 oktyabr 2009 14:06 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov-APA. Azərbaycanın Ağdaş rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün rayonun Qarağan Sədi kəndində baş verib. Kənd sakini 1951-ci il təvəllüdlü Musayev Sönməz Mayıl oğluna məxsus evdə baş verən yanğın barədə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinə saat 14:26-da məlumat daxil olub. Dərhal hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb. Hadisə zamanı ümumi sahəsi 216 kvadratmetr olan iki mərtəbəli yaşayış evinin 3 otağı tamamilə yanaraq külə dönüb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR