Bank Of Baku

Ombudsman Aparatı Lənkəranda uşaqlar üçün treninq keçirib

Ombudsman Aparatı Lənkəranda uşaqlar üçün treninq keçirib
# 12 oktyabr 2009 18:18 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə Ombudsman Aparatı və Azərbaycan Uşaq-Gənclər Sülh Şəbəkəsinin birgə təşkilatçılığı ilə uşaqların hüquqlarının müdafiəsinə həsr olunmuş seminar-treninq keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, “Uşaqları dinləyək, onların iştirakını təmin edək” devizi altında düzənlənən tədbirdə şəhərin və rayonun müxtəlif ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər. Ombudsman Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Zamanov, hüquqi maarifləndirmə sektorunun böyük məsləhətçisi Faiq Ağayev, Azərbaycan Uşaq-Gənclər Sülh Şəbəkəsinin üzvü İlahə Bağırova və digərləri çıxışlarında BMT-nin “Uşaq hüquqlarına dair Konvensiyası”nın ayrı-ayrı müddəalarına toxunaraq, uşaqların hüquqlarının müdafiəsi üçün müvafiq dövlət qurumlarının, o cümlədən QHT-lərin üzərinə düşən vəzifələrdən söz açıblar.

Seminar-treninqdə uşaqların problemlərinin öyrənilməsi məqsədilə onlar arasında yazılı sorğu aparılıb, həmçinin iştirakçıları maraqlandıran suallara cavab verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR