Bank Of Baku

Göyçayda nar bayramı keçiriləcək

Göyçayda nar bayramı keçiriləcək
# 13 oktyabr 2009 10:03 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçayda növbəti nar bayramına hazırlıq gedir. Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, Göyçay şəhərində təmizlik-abadlıq işləri görülür, səliqə-səhman yaradılır, şüarlar, plakat və lövhələr hazırlanır. Mahnı-rəqs qrupları, kəndirbaz və pəhləvanlar, idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar.

Tədbir çərçivəsində Göyçayda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif sort nar və ondan hazırlanan məhsulların sərgisi, eləcə də narla bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək. Noyabrın əvvəlində keçirilməsi planlaşdırılan nar bayramına dəvət olunacaq 200-ə yaxın qonaq arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR