Bank Of Baku

Azərbaycanda Səhiyyə Nazirliyinin icazəsi ilə 100-dən artıq dərman istehsal olunur

Azərbaycanda Səhiyyə Nazirliyinin icazəsi ilə 100-dən artıq dərman istehsal olunur
# 13 oktyabr 2009 10:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Hazırda Azərbaycanda Səhiyyə Nazirliyinin icazəsi ilə 100-dən artıq dərman istehsal olunur. Bu isə dərman bazarının çox kiçik faizini təşkil edir. Ona görə də Azərbaycana dərman, əsasən başqa ölkələrdən idxal olunur. APA-nın məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, ölkədə həyata keçirilən dövlət proqramlarında əczaçılıq sahəsinə investisiyaların cəlbi nəzərdə tutulur: “Gələcəkdə maraq göstərən şirkətlərə əczaçılıq zavodlarının qurulması üçün lazımi şərait yaradılacaq”.

E. Ağayev bildirib ki, son vaxtlar Azərbaycanda vaxtı keçmiş və keyfiyyətsiz dərmanlara çox az rast gəlinir: “Nazirlik vaxtı keçmiş və saxta dərmanlara qarşı çox ciddi mübarizə aparır. Yaxın zamanlarda Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzində dərmanların bioekvivalentliyini yoxlayan yeni laboratoriya istifadəyə veriləcək. Çox ciddi nəzarət olduğundan keyfiyyətsiz dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR