Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda muzey tikilməsi üçün ilkin olaraq 1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur

Qubadakı kütləvi məzarlıqda muzey tikilməsi üçün ilkin olaraq 1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur
# 12 noyabr 2009 13:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qubada ermənilərin 1918-ci ildə törətdikləri soyqırımın canlı şahidi olan kütləvi məzarlıqda muzey tikilməsi üçün təşkilati işlərə və məzarlığın ətrafındakı evlərin köçürülməsinə ilkin olaraq 1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu barədə APA-ya millət vəkili Yevda Abramov bildirib. Onun sözlərinə görə, ölkə prezidenti Quba məzarlığına səfəri zamanı muzeyin layihəsinə baxaraq bəyənib və layihəyə uyğun olaraq işlərin görülməsi üçün göstəriş verib: “Bununla bağlı olaraq Azərbaycan Nazirlər Kabinetinin də müəyyən qərarları var. Yaxın vaxtlarda nəzərdə tutulan bu vəsait ayrılacaq. Çox güman ki, bu vəsait ölkə prezidentinin ehtiyat fondundan ayrılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR