Bank Of Baku

Xaçmaz rayonunun bütün orta məktəblərində dezinfeksiya prosesi başlayıb

Xaçmaz rayonunun bütün orta məktəblərində dezinfeksiya prosesi başlayıb
# 12 noyabr 2009 13:32 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva-APA. Azərbaycanın şimal sərhədlərində A/H1N1 virusunun (“donuz qripi”) yayılmasının qarşısını almaq məqsədilə sərhəd-keçid məntəqələrində, eləcə də sərhədyanı ərazilərdə həkim-sanitar briqadaları fəaliyyətə başlayıb. APA-nın şimal bürosunun xəbərinə görə, məntəqələrə nəzarət edən dövlət sərhəd və gömrük xidmətləri “donuz qripi” virusunun yayılmasının qarşısını almaq məqsədilə gücləndirilmiş iş rejiminə keçib. Qeyd edək ki, Rusiya şəhərlərindən 5 marşrut üzrə, Ukraynadan isə 2 marşrut üzrə sərnişin qatarları Azərbaycanın ərazisinə daxil olur.
Qatarlar Xaçmaz rayonunda yerləşən Yalama Sərhəd Keçid Məntəqəsində respublika ərazisinə keçir. Həkimlər sərhədi keçən sərnişinləri yoxlayır, qatarlarda dezinfeksiya işləri aparır. Şimal sərhədlərində olan Samur, Şirvanovka, Xan-Oba Sərhəd Keçid Məntəqələrində də piyada və avtomobillər üçün dezinfeksiya baryerləri yaradılıb. Dəmir yol xəttinin üzərində yerləşən stansiyalarda isə həkim-sanitar xidməti fəaliyyətə başlayıb. Bu gündən Xaçmaz rayonunun bütün orta məktəblərində dezinfeksiya prosesi başlayıb. Rayondakı dörd donuzçuluq təsərrüfatından ikisi qapalı şəraitdə fəaliyyət göstərir. Digər iki fərdi təsərrüfat isə heyvanların saxlanma şəraiti müvafiq qaydalara uyğun gəlmədiyindən ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR