Bank Of Baku

Qoruyucu maskaların satışı ilə bağlı apteklərdə yoxlamalar başlayıb

Qoruyucu maskaların satışı ilə bağlı apteklərdə yoxlamalar başlayıb
# 12 noyabr 2009 14:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Antiinhisar Dövlət Xidməti Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə apteklərdə qoruyucu maskaların (respiratorlar) satışı ilə bağlı yoxlamalara başlayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib. Onun sözlərinə görə, artıq bu gün 20-dək aptekdə yoxlamalar aparılıb. Aparılan yoxlamaların nəticəsi sabah açıqlanacaq. Yoxlamalar davam edir.

Qeyd edək ki, yoxlamalar qoruyucu maskalara tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətinin şişirdilməsi hallarının qarşısının alınması məqsədilə aparılır. Yoxlamalar zamanı qanun pozuntusu aşkar edilən obyektlər barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, A/H1N1 virusuna (“donuz qripi”) yoluxma hallarının artması ilə əlaqədar apteklərdə qoruyucu maska qıtlığı yaranıb. Bəzi işbazlar isə yaranmış vəziyyətdən istifadə edərək 10 qəpiyə satılan maskaların qiymətini 50 qəpik - 1 manata qaldırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR