Bank Of Baku

ADU-da professor Dünyamin Yunusovun elmi yaradıcılığına həsr olunmuş tədbir keçirilib

ADU-da professor Dünyamin Yunusovun elmi yaradıcılığına həsr olunmuş tədbir keçirilib
# 12 noyabr 2009 20:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetində (ADU) görkəmli dilçi alim, filologiya elmləri doktoru, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusovun elmi yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetdə ADU-nun rektoru, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, AŞ PA-nın vitse-prezidenti, millət vəkili, professor Səməd Seyidov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Xarici dillər kafedrasının müdiri, professor Akif Bayramov, ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev və Universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor Səməd Seyidov professor Dünyamin Yunusovun çox istedadlı şəxsiyyət olduğunu bildirib və ADU-da bu cür insanlara hər zaman yüksək qiymət verildiyini diqqətə çatdırıb. Universitetlərin məhz insan potensialı sayəsində bir-birindən seçildiyini bildirən S.Seyidov respublikanın bir sıra görkəmli professorunun, elm xadimlərinin məhz ADU-da fəaliyyət göstərməsini universiteti fərqli edən cəhətlərdən olduğunu deyib.

Daha sonra çıxış edən natiqlər professor D.Yunusofun yaradıcılığından bəhs ediblər, onun yazdığı kitabların nəinki Azərbaycanda, hətta dünyanın bir sıra ölkələrində yüksək qiymətləndirildiyini və dərs vəsaiti kimi istifadə olunduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR