Bank Of Baku

«Xəmsə» Milli İntellektual Oyununa noyabrın 16-da yekun vurulacaq

«Xəmsə» Milli İntellektual Oyununa noyabrın 16-da yekun vurulacaq
# 12 noyabr 2009 23:57 (UTC +04:00)
Bakı – APA. Uşaq və yeniyetmələr arasında «Xəmsə» Milli İntellektual Oyununun Azərbaycan Çempionatının final mərhələsi bu il noyabrın 13-16-da keçiriləcək.

Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, keçən müddət ərzində rayon və 8 zona üzrə seçmə yarışma mərhələləri keçirilib ki, ümumilikdə qalib gəlmiş 22 komanda finalda qalibiyyət uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, «Xəmsə» Milli İntellektual Oyununun Birinci Azərbaycan Çempionatı Azərbaycan Prezidenti İlham Əliyevin 18 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2009-cu ilin Uşaq ili elan edilməsi ilə bağlı Tədbirlər planı”-nın icrasının təmin edilməsi məqsədi ilə, Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” ilə birgə üç mərhələ üzrə uşaq və yeniyetmələr arasında keçirir.

«Xəmsə» Milli İntellektual Oyununun Azərbaycan Çempionatının final mərhələsinin açılış mərasimi noyabrın 13-də Bakı Əyləncə Mərkəzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR