Bank Of Baku

Sumqayıtda əhalinin 54,7%-i su sayğacı ilə təmin edilib

Sumqayıtda əhalinin 54,7%-i su sayğacı ilə təmin edilib
# 13 noyabr 2009 07:12 (UTC +04:00)
Sumqayıt – APA-Economics. Sumqayıt şəhərində güzəştsiz əhalinin 54,7%-i su sayğacı ilə təmin edilib. Bu barədə “APA-Economics”ə “Azərsu” SC Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından məlumat verilib.

Məlumata görə, cari il ərzində quraşdırılmış su sayğaclarının sayının 10000 ədədə çatdırılması nəzərdə tutulur. Bundan əlavə, cari ilin oktyabr ayında şəhərin güzəştsiz əhalisinə 454 500 manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 289 500 manat dəyərində ödəniş olub ki, bu da 63,7% təşkil edir.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 67 622 nəfər abonent vardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR