Bank Of Baku

Azərbaycanda “donuz qripi”nə yoluxmuş xəstələrdən bəziləri bu gün evə buraxılacaq

Azərbaycanda “donuz qripi”nə yoluxmuş xəstələrdən bəziləri bu gün evə buraxılacaq
# 13 noyabr 2009 08:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycanda A/H1N1 virusuna (“donuz qripi”) yoluxmuş xəstələrdən bəziləri evə buraxılacaq. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, hazırda xəstələrin vəziyyəti kafidir, onların üzərində son müayinələr aparılır. Günortadan sonra dəqiq neçə xəstənin evə buraxılacağı məlum olacaq. Qeyd edək ki, hazırda stasionar şəraitdə virusa yoluxmuş 3 xəstə müalicə alır.

V. Qasımovun sözlərinə görə, dünən günün ikinci yarısı aparılan müayinələr virusa əlavə yoluxmanın olmadığını göstərib. Bugünkü müayinələrin nəticələri isə günortadan sonra açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR