Bank Of Baku

Qazax rayonunda “donuz qripi”nə qarşı profilaktik tədbirlər görülür

Qazax rayonunda “donuz qripi”nə qarşı profilaktik tədbirlər görülür
# 13 noyabr 2009 08:43 (UTC +04:00)
Qazax. Ayxan Hüseynov-APA. Azərbaycanın Gürcüstan və Ermənistanla sərhədində yerləşən Qazax rayonunda A/H1N1 virusuna (“donuz qripi”) qarşı profilaktik tədbirlər görülür. Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzi artıq rayon məktəblərində və əhalinin daha sıx olduğu yerlərdə dezinfeksiya işləri aparır. Bu barədə APA-nın qərb bürosuna Gigiyena və Epidemiologiya İdarəsinin müdiri Nizami Adıgözəlov bildirib. Onun sözlərinə görə, respublikada rayonda “donuz qripi”nə yoluxmuş ilk xəstə qeydiyyata alınan gündən etibarən rayonda virusa qarşı profilaktik tədbirlər görülməyə başlayıb: “Biz dezinfeksiya tədbirlərinə rayonda yerləşən məktəblərdən başlamışıq. Artıq 6 rayon məktəbi ilə yanaşı 2 musiqi məktəbi və internat məktəbində dezinfeksiya işləri aparmışıq”.

Dezinfeksiya işlərini Ermənistanla sərhəddə yerləşən kəndlərdə də aparıldığını deyən
N. Adıgözəlov dünən Balacəfərli kəndində olduqlarını və burada yerləşən məktəbdə, körpələr evində və kənd mərkəzində dezinfeksiya işləri apardıqlarını qeyd edib.
Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” sərhəd keçid məntəqəsi ilə mütəmadi əlaqə yaradıldığını qeyd edən N. Adığözəlovun sözlərinə görə, sərhəd məntəqəsindən keçən hər bir maşın dezinfeksiya baryerindən keçirilir.
Qazax Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Kavı Məmmədov rayonunda virusa yoluxma halının qeydə alınacağı təqdirdə, tibbi yardımın göstərilməsi üçün tam hazır olduqlarını bildirib. Onun sözlərinə görə, xəstəxananın yoluxucu xəstəliklər şöbəsində virusa yoluxa biləcək xəstələrin müalicəsi üçün 2 palata hazırlanıb, bu palatalar bütün inventarlar və preparatlarla təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR