Bank Of Baku

Bakı məktəblərinin şagirdləri arasında fənn olimpiadaları keçirilir

Bakı məktəblərinin şagirdləri arasında fənn olimpiadaları keçirilir
# 13 noyabr 2009 10:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Azərbaycanın paytaxtında yerləşən 314 orta məktəbdə şagirdlər arasında fənn olimpiadaları başlayıb. APA-nın xəbərinə görə, bununla bağlı Bakı şəhəri Baş Təhsil İdarəsinin ümumtəhsil şöbəsinin müdiri Firudin Həmzəyev M. Müşfiq adına 18 saylı orta məktəbdə mətbuat konfransı keçirib. Onun sözlərinə görə, olimpiadaya 5-11-ci sinif şagirdləri cəlb olunub. F. Həmzəyev bildirib ki, olimpiada Azərbaycan dili, Ədəbiyyat, Azərbaycan tarixi, Riyaziyyat, Fizika, Kimya, Biologiya, Xarici dil, Coğrafiya fənləri üzrə keçirilir: “Bu mərhələdə seçilən şagirdlər növbəti Respublika olimpiadasında iştirak etmək hüququ qazanacaqlar. Artıq 4-cü ildir ki, Bakıda belə olimpiadalar keçirilir və bu müsbət effekt verir. 2006-cı ilin martında Bakının rayonlarından 48 şagird fərqlənmişdisə, 2007-ci ildə bu rəqəm 69-a, 2008-də 105-ə çatıb. Həmçinin olimpiadalar zamanı məktəblərdə canlanma olur və bu təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olur”.

F. Həmzəyev bildirib ki, olimpiadanın nəticələri yaxın 2 gün ərzində müəyyən olacaq. Nəticələrdən asılı olaraq məktəblər növbəti olimpiadada iştirak üçün Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinə müraciət edəcəklər: “Bu olimpiadada hər məktəb və hər fənn üzrə birinci yeri tutan şəxslər növbəti ay keçiriləcək respublika olimpiadasına qatılacaqlar. Hazırda keçirilən olimpiadada 120 mindən artıq şagird iştirak edir. Birinci yeri tutan 11-ci sinif şagirdləri isə buraxılış imtahanlarından azad olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR