Bank Of Baku

Gələn il Azərbaycanda uşağın anadan olmasına görə ödənilən birdəfəlik müavinət artırılacaq

Gələn il Azərbaycanda uşağın anadan olmasına görə ödənilən birdəfəlik müavinət artırılacaq
# 13 noyabr 2009 11:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycanda uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin 50% artırılması nəzərdə tutulur. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2010-cu il büdcəsinin müzakirəsində fondun sədri Səlim Müslümov məlumat verib.

Artımın hansı müddətdən olacağı barədə məlumat verməyən S.Müslümovun sözlərinə görə, uşağın anadan olmasına görə müavinətin məbləği 75 manata çatdırılacaq. Bu məqsədlə 2010-cu ilin büdcəsində 18,8 mln. manat nəzərdə tutulur. Bu da 2009-cu ilin gözlənilən icrasından 66,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR