Bank Of Baku

Qəbul imtahanlarında nöqsanlara yol verən 153 nəzarətçinin adı nəzarətçilər bazasından çıxarılıb

Qəbul imtahanlarında nöqsanlara yol verən 153 nəzarətçinin adı nəzarətçilər bazasından çıxarılıb
# 13 noyabr 2009 11:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-cu ildə keçirilmiş qəbul imtahanlarında 3552 nəzarətçi-müəllim iştirak edib. Onlardan 153 nəfəri imtahanda laqeydlik, səhlənkarlıq göstərdiklərinə və təlimata əməl etmədiklərinə görə nəzarətçilər bazasından çıxarılıb, 62 müəllimə isə şifahi xəbərdarlıq olunub. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, qəbul imtahanları başa çatdıqdan sonra bu prosesdə iştirak etmiş nəzarətçilərin fəaliyyəti ciddi şəkildə araşdırılıb. Bu zaman çoxsaylı meyarlar nəzərə alınıb və onların zalı idarə etmə səviyyələri, imtahan texnologiyası qaydalarına əməl etmələri, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində imtahan verdiyi zalın nəzarətçisi haqqında qeyd, rəy və qiymətləndirməsi kimi vacib amillər əsas götürülüb. Qəbul imtahanlarında nümunəvi fəaliyyətinə görə 579 nəzarətçiyə təşəkkür elan edilib, 31 müəllim isə fəxri fərmanlarla təltif olunub. Həmin müəllimlərin pedaqoji fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinə, müvafiq təhsil şöbələrinə və orta məktəblərə məktublar göndərilib.

M. Abbaszadənin sözlərinə görə, ümumən TQDK-nın nəzarətçi bazasına 6837 fənn müəllimi daxildir. Həmin müəllimlərin imtahanlara nəzarətçi kimi cəlb olunması təhsil şöbələri və orta ümumtəhsil məktəblərinin təqdimatı əsasında, müqavilə yolu ilə aparılır. Ali məktəblərin bakalavr və magistr pillələrinə qəbul imtahanlarında və müxtəlif dövlət qurumlarına işə qəbulla bağlı keçirilən test imtahanlarında Bakı, Sumqayıt şəhərlərinin, Abşeron rayonunun və Naxçıvan MR-in orta ümumtəhsil məktəblərinin müəllimləri nəzarətçi kimi cəlb olunurlar. Əsas təhsil bazasından orta ixtisas təhsili məktəblərinə qəbul imtahanları bölgə mərkəzlərində də keçirildiyinə görə Gəncə, Şəki, Göyçay, Mingəçevir, Lənkəran, Quba şəhərlərinin orta məktəblərinin müəllimləri də bu imtahanlarda nəzarətçi kimi iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR