DSMF mərkəzi aparatının xərcləri 2 mln. manat azaldılıb
«APA-Economics»in bildirdiyinə görə, bu barədə Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2010-cu il büdcəsinin müzakirəsində fondun sədri Səlim Müslümov məlumat verib. Onun sözlərinə görə, pensiyaların baza hissəsinin 3,2 bənd artırılması planlaşdırılır.
DSMF-nin proqnozlarına əsasən, 2010-cu ildə pensiyaçıların orta illik sayı 1 mln. 337 min nəfərə çatacaq. Onlardan 850 min nəfəri yaşa görə, 317 min nəfəri əlilliyə görə, 140 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlar olacaq. Yaşa görə pensiya alanların sayında 4,6 min nəfər, əlilliyə görə pensiya alanların sayında 9,8 min nəfər, ailə başçısını itirməyə görə pensiya alanların sayında isə 1,5 min nəfər artım gözlənilir.
DSMF-nin büdcəsi barədə məlumat verən MM-in Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, gələn ilin dövlət büdcəsindən DSMF-yə transfertlərin həcmi artırılaraq 593 mln. 705 min manata çatdırılıb. Büdcənin icmal göstəricisinin 18 mln. manat azalmasının səbəblərini izah edən komitə sədri bunun əslində belə olmadığını qeyd edib. Onun sözlərinə görə, cari ildə pensiyaların baza hissəsinin indeksləşməsi üçün nəzərdə tutulan 50 mln. manat Fondda toxunulmaz qalıb. Gələn il DSMF mərkəzi aparatının saxlanılması üçün nəzərdə tutulan xərclərin 2 mln. manat azaldılması da nəzərə alınmalıdır.
DSMF sədri Səlim Müslümov öncə 2009-cu il büdcəsinin gözlənilən icrası barədə məlumat verib. Onun sözlərinə görə, DSMF-nin 2009-cu il üçün gəlirlərinin 1 mlrd. 775 mln. manata qarşı 1 mlrd. 540 mln. manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə yığımın 1 mlrd. 42 mln. manat təşkil edəcəyi gözlənilir. Proqnozun az icra olunmasına səbəb olaraq DSMF sədri ölkə üzrə inflyasiyanın minimuma enməsi nəticəsində əməkhaqqının nəzərdə tutulan 35%-lik artıma qarşı faktiki 16,7% artımın gözlənilməsini göstərib.
Cari il üçün fondun gözlənilən büdcə xərclərinin 1 mlrd. 695 mln. manat (proqnozdan 80 mln. manat az) təşkil edəcəyi gözlənilir. Bu da inflyasiya olmadığından, pensiyaların baza hissəsinin proqnozlaşdırılan artımının reallaşmaması ilə bağlıdır.
S.Müslümov qeyd edib ki, 2010-cu ilin xərclərində əhaliyə ödənişlər 1 mlrd. 688,3 mln. manat və ya bütün xərclərin 96,1%-ni təşkil edəcək. O cümlədən pensiyalara ödənişlər üçün 1 mlrd. 634 mln. manat yönəldiləcək. Öz növbəsində bunun 1 mlrd. 139 mln. manatı pensiyaların baza, 435 mln. manatı sığorta hissəsinin maliyyələşdirilməsinə yönəldiləcək.
DSMF-nin gəlirlərinin əsas hissəsini isə məcburi sosial sığorta haqları – 1 mlrd. 220 mln. manat təşkil edəcək ki, bu da cari ilin gözlənilənindən 17,2% çox olacaq. Məcburi sosial sığorta haqlarının 525 mln. manatını büdcə təşkilatlarında çalışanlardan daxilolmalar (16,7% çox), 696 mln. manatını isə qeyri-büdcə sektorundan daxilolmalar (17,6% çox) təşkil edəcək. Gələn il sığorta haqları dərəcələrinin dəyişdirilməyəcəyini qeyd edən S.Müslümov hazırda fondda qeydiyyatda olan sığorta olunanların 1 mln. 850,5 min nəfər olduğunu qeyd edib. Bunun 1 mln. 394,2 min nəfərini muzdla işləyənlər, 456,3 min nəfəri isə özü işləyənlərdir. S.Müslümov onu da qeyd edib ki, 2003-cü ildə DSMF-də 1 mln. 302,4 min nəfər sığorta olunan qeydiyyatda olduğu halda, son 6 ildə onların sayı 348 min nəfər artıb. Gələn il üçün sığorta olunanların sayının 1 mln. 906 min nəfərə çatması gözlənilir.
Daha sonra çıxış edən deputatlar büdcə layihəsinə dair təkliflərini bildiriblər. Deputat Pənah Hüseyn layihənin yaşayış şəraiti aşağı səviyyədə olan insanların mənafeyini əks etdirmədiyini deyib.
Millət vəkili Əli Əhmədov isə çıxışında işləyə-işləyə pensiya almanın sosial ədalətsizlik olduğunu qeyd edib. Ə.Əhmədov DSMF-nin büdcəsinin bütün tələblərə cavab verdiyini vurğulayıb.
Digər deputatlar isə pensiyaların bankomatlar vasitəsilə verilməsinin müsbət hal olduğunu qeyd edərək, rayonlarda bankomat çatışmazlığının kənd yerlərində yaşayan insanlar üçün problemlər yaratdığını vurğulayıblar.
Qeyd edək ki, müzakirələr fasilədən sonra davam etdiriləcək.
Sosial
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Xəbər Lenti
Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib
Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb - FOTO
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var
Vilayəti: "Hizbullah" Livanın müstəqilliyinin dayağıdır
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
DÇ-2026: Messi dünya mediasının gündəmi olub
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb
Keniyada təhsildə ingilis dilinə etiraz edilir
Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb
Venesuelada zəlzələ qurbanlarının sayı getdikcə artır - YENİLƏNİB
İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqlayıb
DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar və turnir cədvəlində son vəziyyət
Rusiya gecə saatlarında Kiyevə hücum edib, yaralananlar var
İranın xarici işlər naziri İraqa səfər edib
İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir
BFMTV: Parisdə anomal istilər səbəbindən morqlar dolub
DÇ-2026: Argentina, Avstriya və Əlcəzair 1/16 finala yüksəlib