Bank Of Baku

Gələn il gözdən əlil vətəndaşlar üçün ali məktəblərə qəbul imtahanının müddəti uzadılacaq

Gələn il gözdən əlil vətəndaşlar üçün ali məktəblərə qəbul imtahanının müddəti uzadılacaq
# 13 noyabr 2009 11:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn il gözdən əlil vətəndaşlar üçün ali məktəblərə qəbul imtahanının müddəti uzadılacaq. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, builki qəbul imtahanlarında gözdən əlil abituriyentlərə “Brayn” əlifbası ilə çap olunmuş kitabçalar təqdim olunub: “Onlara imtahanda köməkçi nəzarətçilər də verilmişdi. Onlar sualları şifahi şəkildə gözdən əlil vətəndaşlara oxuyurdular və cavabları qeyd edirdilər. Həmin abituriyentlərin əksəriyyəti “Brayn” əlifbası ilə olan kitabçalara üstünlük vermirdilər. Bu da ondan irəli gəlir ki, həmin əlifba ilə oxumaq xeyli vaxt aparır. Ona görə də gələn ilin qəbul imtahanlarının qaydaları hazırlananda gözdən əlil vətəndaşlar üçün qəbul imtahanının vaxtı uzadılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR