Bank Of Baku

2010-2011-cu tədris ili üçün qəbul qaydaları gələn ilin yanvar ayında açıqlanacaq

2010-2011-cu tədris ili üçün qəbul qaydaları gələn ilin yanvar ayında açıqlanacaq
# 13 noyabr 2009 11:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “2010-2011-ci tədris ili üçün qəbul qaydaları gələn ilin yanvar ayında açıqlanacaq”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, prezidentin fərmanına əsasən ali məktəblərə qəbul qadalarının hazırlanması icra orqanı kimi TQDK-ya tapşırılıb: “Yaxın zamanlarda Azərbaycan Nazirlər Kabinetinin qaydaları da çap olunmalıdır. Həmin qaydalara əsasən bilinəcək ki, hansı olimpiadaların nəticələrinə görə abituriyentlər müsabiqədənkənar ali məktəblərə qəbul oluna bilərlər. Bu qaydalar təsdiqləndikdən sonra biz qəbul qaydalarını tam şəkildə ictimaiyyətə təqdim edəcəyik. Əgər Nazirlər Kabinetinin qərarı yanvardan sonra qəbul edilsə, onda bu qərar gələn ilin qəbul imtahanlarında deyil, sonrakı il nəzərə alınacaq”.

M. Abbaszadənin sözlərinə görə, bu il muğam müsabiqəsində I və II yerləri tutmuş şəxslər müsabiqədənkənar Milli Konservatoriyaya qəbul olunublar.

TQDK sədri builki qəbul imtahanlarının elmi-statistik nəticələrinin dekabr ayında açıqlanacağını söyləyib: “Sentyabr ayında Təhsil Nazirliyi ilə belə qərara gəlmişdik ki, onlar bizə mərkəzləşmiş buraxılış imtahanlarının nəticələrini təqdim etsinlər və bunun əsasında müqayisəli təhlil aparılsın. Lakin nazirlik bu nəticələri oktyabrın 26-da bizə təqdim edib. Ona görə də TQDK müqayisəli təhlili dekabr ayına kimi çatdıra bilməyəcək və ictimaiyyətə yalnız öz təhlilini təqdim edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR