Bank Of Baku

Misir Mərdanov Ağdam rayonunda olub

Misir Mərdanov Ağdam rayonunda olub
# 13 noyabr 2009 12:56 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Azərbaycanın təhsil naziri bu gün Ağdam rayonunda səfərdə olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir əvvəlcə rayonun bir neçə ümumtəhsil orta məktəbinə və uşaq bağçasına baş çəkib. Daha sonra nazir Quzanlı qəsəbəsinin Mədəniyyət evində müəllimlərin iştirakı ilə keçirilən müşavirədə təhsilin bugünkü vəziyyətindən, problemlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Nazir jurnalistlərlə söhbətində bildirib ki, Ağdamda qarşılaşdığı vəziyyət onu qane edib. M. Mərdanov deyib ki, müharibə şəraitində olan bir rayon üçün təhsil müəssisələrində rastlaşdığı şərait onun üçün yaxşı mənada gözlənilməz olub.

Nazir deyib ki, onun diqqətini çəkən əsas məsələlərdən biri, təhsil müəssisələrində internetin olmamasıdır. Problemin aradan qaldırılması üçün nazirliyin lazım olan bütün tədbirləri görəcəyini bildirən M. Mərdanov qeyd edib ki, Bakıya dönən kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə məsələnin həllinə çalışaq.

Nazir onu da bildirib ki, bu gün rəhbərlik etdiyi nazirliyi və cəmiyyəti təhsil sahəsində ən çox narahat edən məqam müəllim və şagirdlər arasında münasibətlərin düzgün qurulmamasıdır. Problemin hansısa qanunun qəbul olunması və yaxud da sərəncamın verilməsi ilə həllini tapa bilməyəcəyini deyən təhsil nazirinin sözlərinə görə, yalnız hər bir vətəndaşın özünə nəzarəti gücləndirməsi və davranış qaydalarını təkmilləşdirməsi, qarşılıqlı münasibətlərdə etik normalara ciddi şəkildə riayət etməsi sayəsində bu boşluqları aradan qaldırmaq mümkün olar: “Müəllim və şagird münasibətlərindəki boşluqlar aradan qalxmasa, məktəblərimizin tavanı və döşəməsi qızıldan olsa belə, təhsilimiz məhvə doğru gedəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR