Bank Of Baku

Bakı Kəndlərinin Əhalisini Müdafiə Komitəsinin sədri: “Nardaran sakinləri hakimiyyət nümayəndələri ilə toqquşmaya sövq edilir”

Bakı Kəndlərinin Əhalisini Müdafiə Komitəsinin sədri: “Nardaran sakinləri hakimiyyət nümayəndələri ilə toqquşmaya sövq edilir”
# 13 noyabr 2009 13:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Nardaran sakinlərinə qarşı təxribatlar hazırlanıb və onlar hakimiyyət nümayəndələri ilə toqquşmaya sövq edilir”. APA-nın xəbərinə görə, bunu mətbuat konfransı keçirən Bakı Kəndlərinin Əhalisini Müdafiə Komitəsinin sədri Rasim Əlizadə deyib. Komitənin noyabrın 10-da yaradıldığını açıqlayan R. Əlizadə bildirib ki, Nardaran sakinləri normal yaşamaq, evlərində qaz və işığın olmasını istəyirlər: “Amma bu problemin həllini istəməyən bəzi məmurlar bilərəkdən qəsəbədə vəziyyəti gərginləşdirir. Onlar istəyirlər ki, nardaranlılar etiraz aksiyaları keçirsinlər və hüquq-mühafizə orqanları silah tətbiq etsin”.

R. Əlizadə polisin Nardaranda asayişi qorumaq əvəzinə əhalini narahat etdiyini söyləyib. Komitə sədrinin sözlərinə görə, Nardaranın yerli əhalisinə qaz verilmir, amma qəsəbə ətrafında yerləşən villalara qaz gəlir: “Sakinlər məcbur olub elektrikdən istifadə edirlər, bu zaman da elektrik enerjisinin pulunu ödəmək mümkün olmur”.

Müdafiə Komitəsinin üzvü, hüquq müdafiəçisi Ələkbər Məmmədov isə sosial problemlərin Bakının bütün kəndlərində mövcud olduğunu deyib: “Komitənin əsas vəzifəsi təxribatların qarşısını almaqdır. Çünki keçirilə biləcək aksiyalara başqa adlar – “islam fundamentalizmi”, “dövlət çevrilişi” kimi adlar verməklə qarşıdurma yaradıla bilər. Əslində isə insanlar sosial problemlərinin həllini istəyirlər”.

Ə. Məmmədov Nardaranın sosial problemlərinin həlli ilə bağlı ölkə prezidentinə müraciət hazırlandığını və hazırda qəsəbə əhalisinin bu müraciətə imza atdığını açıqlayıb. Yaxın günlərdə müraciət dövlət başçısına göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR