Bank Of Baku

Əli Əhmədov: “Azərbaycanda işləyən pensiyaçılara pensiyalar verilməməlidir”

Əli Əhmədov: “Azərbaycanda işləyən pensiyaçılara pensiyalar verilməməlidir”
# 13 noyabr 2009 15:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda işləyən pensiyaçılara pensiyaların verilməməsi məsələsinə baxılmasına ehtiyac var.

«APA-Economics»in nməlumatına görə, belə bir təkliflə Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il üzrə büdcə layihəsinin müzakirəsində millət vəkili Əli Əhmədov bildirib.

Ə.Əhmədovun sözlərinə görə, belə şəxslər ya işləyib əmək haqqı, ya da işdən çıxıb pensiya almalıdır: “Bu daha ədalətli olar”.

DSMF-nin sədri Səlim Müslümov isə deputatların suallarını cavablandırarkən bildirib ki, hazırda Azərbaycanda 130 min nəfər işləyən pensiyaçı var: “Bu təkliflər mürəkkəb olduğundan, geniş təhlil edilməli və təhlillərdən sonra qərar verilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR