Bank Of Baku

TÜRKSAM rəhbəri Sinan Oğan Bakıda “Müasir elmi araşdırmalarda gənclərin rolu” mövzusunda müzakirələrdə iştirak edib

TÜRKSAM  rəhbəri Sinan Oğan Bakıda “Müasir elmi araşdırmalarda gənclərin rolu” mövzusunda müzakirələrdə iştirak edib
# 13 noyabr 2009 15:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri Sinan Oğan “İrəli” İctimai Birliyinin fəalları ilə görüş keçirib. APA-nın məlumatına görə, İctimai Birliyin ofisində keçirilən görüşdə “Müasir elmi araşdırmalarda gənclərin rolu” mövzusunda müzakirə aparılıb. İrəli İB-nin rəhbəri Ceyhun Osmanlı sədrlik etdiyi təşkilat, həyata keçirdiyi layihələrlə bağlı qonağa məlumat verib: “Bizim təşkilat mütəmadi olaraq gənclərlə ən müxtəlif məsələlərdə, elmi mövzularda diskussiyalar təşkil edir. Biz hər zaman gənclərin dünyada elmi araşdırmalara marağının nədən ibarət olduğunu, onların bu istiqamətdə təkliflərini öyrənirik”. C. Osmanlı təşkilatın beynəlxalq əlaqələri barədə də danışıb.

S. Oğan isə öz çıxışında bildirib ki, o gənclərin ölkənin gələcəyi olması barədə deyilən fikirlərə inanır. Rəhbərlik etdiyi təşkilatın ən önəmli istiqamətlərindən birini Qafqaz və Avrasiyada gedən proseslər olduğunu deyən S. Oğan Qafqaz regionunda əsas yükün gənclərin üzərinə düşdüyünü qeyd edib: “Bu bölgədə gənclərdən aktiv istifadə olunduğu dövrlər olub. Amma biz düşünürük ki, gənclərlə işləmək lazımdır ki, onlar başqa cərəyanlara qoşulmasınlar. Apardığımız araşdırmalar zamanı bəlli olur ki, zərərli cərəyanlara daha çox oxumağa, elm öyrənməyə meyli olmayan gənclər qoşulur”. S. Oğan bildirib ki, Türkiyədə 10-a yaxın strateji araşdırma mərkəzi var: “Bu mərkəzlərdə çalışanların 70 faizdən çoxu gənclərdir. Eyni tendensiya artıq Azərbaycanda da meydana çıxır. Biz düşünürük ki, Azərbaycanda strateji mərkəzlərin yaranmasına ehtiyac var”. Görüşdə elm sahəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, diskussiya təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR