Bank Of Baku

Azərbaycan Milli Məclisində 2010-cu il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri müzakirəyə çıxarılıb

Azərbaycan Milli Məclisində 2010-cu il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri müzakirəyə çıxarılıb
# 13 noyabr 2009 15:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Milli Məclisin bu gün keçirilən iclasında «Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında» və «Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihələri müzakirəyə çıxarılıb.

«APA-Economics»in xəbəinə görə, qanun layihələri barədə İqtisadi siyasət komitəsinin sədri Z.Səmədzadə məlumat verib.

Z.Səmədzadə bildirib ki, 2010-cu il üçün Azərbaycanda yaşayış minimumu 87 manat,o cümlədən əmək qabiliyyətli şəxslər üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat təklif olunur. Gələn il üçün ehtiyac meyarının həddi 65 manat götürülüb.

Daha sonra qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub. Deputat Pənah Hüseyn bildirib ki, ehtiyac meyarı üçün götürülən 87 manat reallıqdan çox uzaqdır, bunun hansı meyarlar əsasında müəyyənləşdirilməsi deputatlara bəlli deyil. Deputat Əli Məsimli isə yaşayış minimumunun məbləğinin aşağı olduğunu qeyd edib.

Qanun layihələrinin noyabrın 24-də Milli Məclisin iclasında yenidən müzakirəyə çıxarılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR