Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “donuz qripi”nə qarşı müalicədə istifadə olunan əlavə dərman partiyası göndərəcək

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “donuz qripi”nə qarşı müalicədə istifadə olunan əlavə dərman partiyası göndərəcək
# 13 noyabr 2009 15:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana əlavə olaraq virus əleyhinə preparatlar göndərəcək. APA-nın ÜST-nə istinadən yaydığı məlumata görə, qurum Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə təcili qaydada “Tamilfyu” və “Relenza” preparatları göndərmək barədə qərar qəbul edib. Əlavə preparatlar göndəriləcək ilk ölkələr sırasında Əfqanıstan, Azərbaycan, Belarus, Qırğızıstan, Ukrayna və Moldova var. ÜST rəsmisi bildirib ki, “donuz qripi”nə yoluxmağa dair risk qrupuna daxil olan insanlar – hamilə qadınlar, iki yaşadək uşaqlar və tənəffüs sistemində problem olan insanlar qripin ilk simptomları aşkarlanan zaman dərhal bu dərmanları qəbul etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR