Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncədə zona müşavirəsi keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncədə zona müşavirəsi keçirib
# 13 noyabr 2009 19:08 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması üçün proqram hazırlanır.

APA-nın Qərb bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı Gəncədə zona müşavirəsi keçirib.

Müşavirədə qərb bölgəsində fəaliyyət göstərən 13 Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin direktorları, ƏƏSMN-in yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin aparıcı baş məsləhətçisi Musa Ağamalıyev iştirak edib. Müşavirədə nazirlik tərəfindən hazırlanan aztəminatlı ailələrə sosial reabiltasiyası və dövlət proqramı geniş müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR