Bank Of Baku

Sumqayıtın “Şəhər günü” noyabrın 18-də keçiriləcək

Sumqayıtın “Şəhər günü” noyabrın 18-də keçiriləcək
# 13 noyabr 2009 23:43 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev APA-ya bildirib ki, həmin gün şəhərin müxtəlif yerlərində kütləvi tədbirlər təşkil ediləcək.

Günün əvvəlində saat 11.00-da Heydər Əliyevin abidəsi ziyarət ediləcək, 12.00-da Heydər Parkında şəhər gəzintisi təşkil ediləcək, burada 80 müəssisənin iştirakı ilə geniş sərgiyə baxış keçiriləcək. Günün əsas rəsmi mərasimi saat 16.00-da S.Vurğun adına Mədəniyyət Sarayında təşkil ediləcək. Burada şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin və qonaqların iştirakı ilə təntənəli iclas keçiriləcək. Saat 17.00-da isə S.Vurğun adına Mədəniyyət Sarayının qarşısındakı meydanda respublikamızın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunacaq. “Şəhər günü” tədbirlərinə atəşfəşanlıqla yekun vurulacaq.

Bütün bunlarla yanaşı, gün ərzində şəhərin ayrı-ayrı hissələrində – 3-cü mikrorayon ərazisindəki fəvvarələr meydanında, Göyərçin meydanında, “Lüdviqshafen” parkında və “Qarabağ” kinoteatrının qarşısındakı parkda kütləvi tədbirlər təşkil ediləcək, Sumqayıt bütövlükdə bayram ovqatına bürünəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR