Bank Of Baku

Masallıda regional müşavirə keçirilib

Masallıda regional müşavirə keçirilib
# 14 noyabr 2009 01:40 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallıda cənub bölgəsinin 14 rayonunun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin rəhbərlərinin iştirakı ilə regional müşavirə keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, “2010-2013-cü illərdə aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı”nın hazırlanması və “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun təkmilləşdirilməsinə dair təkliflərin müzakirəsinə həsr olunmuş tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparıcı məsləhətçisi Babək Hüseynov çıxış edərək, aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədilə hazırda müvafiq qurumlarda onların sosial reabilitasiyası üzrə proqram layihəsinin hazırlandığını diqqətə çatdırıb. Onun dediyinə görə, bu layihədə ixtisasın dəyişdirilməsi, layiqli əməyin təmin edilməsi məqsədi ilə məşğulluğun təmin edilməsi, ailədəki həssas qruplara ayrılan üzvlərin tibbi sosial reabilitasiyaya cəlb olunması və yenidən əməklə məşğulluğunun təmin edilməsi kimi zəruri məsələlər öz əksini tapıb.

Rayonların Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin rəhbərlərinin isə çıxışlarında müxtəlif təkliflər səsləndirilib. Belə ki, ünvanlı sosial yardımların icma, yəni hər ərazidə müəyyən sayda ailələrin birləşməsi şəklində ödənilməsinin, həmçinin bu növ yardımlar ödənilərkən üç və daha çox uşağı, o cümlədən əlil uşaqları olan ailələrə üstünlük verilməsinin vacibliyi xüsusi qeyd olunub.

Müşavirə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun təkmilləşdirilməsinə dair irəli sürülən təkliflərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, noyabrın 1-ə olan məlumata görə, hazırda ölkə üzrə 132 mindən çox ailə ünvanlı sosial yardımdan yararlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR