Bank Of Baku

Polşalı tələbələr Naxçıvan Dövlət Universitetində olublar

Polşalı tələbələr Naxçıvan Dövlət Universitetində olublar
# 14 noyabr 2009 04:49 (UTC +04:00)
Bakı – APA. Naxçıvan Dövlət Universitetinin Polşanın Yaqellon Universitetinin tələbələrinin marağına səbəb olub. Bu barədə APA-ya NDU-dan məlumat verilib.
Məlumata görə, Türkiyə, İran, Misir, Nigeriya, Pakistan, Fransa, Banqladeş, Türkmənistan, Cənubi Koreya, Rusiya və digər ölkələrdən olan tələbələrin təhsil aldığı universitetlə (www.ndu.edu.az) virtual tanışlıqdan sonra Naxçıvanı ziyarət etmək həvəsində olan jurnalistika ixtisası üzrə magistr Tomas Muxa və hüquq ixtisası üzrə sonuncu kurs tələbəsi Maçey Xmeleçki Naxçıvana gəliblər.
Universitetin müxtəlif bölmələrinin iş fəaliyyəti, elm və tədris sahəsindəki yeniliklərlə tanış olan tələbələr müasirliklə qədimliyi özündə yaşadan Naxçıvan şəhəri - xüsusən xarici turistlərin böyük marağına səbəb olan Nuh peyğəmbərin məzarüstü kompleksi, Heydər Əliyev Muzeyi, Tarix Muzeyi, Naxçıvanda yerləşən müxtəlif tarixi abidələrlə tanış olublar. Polşaya yüksək təəssüratla qayıdan tələbələr orada Naxçıvanla bağlı konfrans təşkil ediblər. Konfransda Naxçıvanın tarixi, zəngin mədəniyyəti, Heydər Əliyevin tarixi xidmətləri foto slaydların müşayiəti ilə NDU kollektivinə təqdim edilib. Naxçıvanla bağlı hazırlanan məruzədən xülasə http://www.ekstrapodroze.pl/wiadomosci/398-krajobraz-po-potopie-slajdowisko.html ünvanlı saytda yerləşdirilib.
Qeyd edək ki, Polşanın Krakov şəhərində yerləşən Yaqellon Universiteti Avropanın ən qədim universitetlərindən biridir. 12 may 1364-jü ildə III Kazimirin sərəncamı ilə yaradılan universitet 11 kafedra ilə fəaliyyətə başlayıb. XV əsrin əvvəllərində kraliça Yadviq və Vladislav Yaqellonun qayğısı ilə öz inkişafının yeni mərhələsinə qədəm qoyan universitet bu dövrdən sonra sözün əsl mənasında universitet kimi formalaşma mərhələsini bitirib. XIX əsrədək müxtəlif adlarla fəaliyyət göstərən universitet bu dövrdən sonra Yaqellonlar sülaləsinin şərəfinə Yaqellon Universiteti adlandırılıb. Hazırda 15 fakültə, 46 istiqamət və 127 ixtisas üzrə fəaliyyətini davam etdirən universitetdə 50 mindən çox tələbə təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR