Bank Of Baku

“Azəriqaz” 40 yaşadək olan vətəndaşları işə dəvət edir

“Azəriqaz” 40 yaşadək olan vətəndaşları işə dəvət edir
# 14 noyabr 2009 08:40 (UTC +04:00)
Bakı – APA. “Azəriqaz” İstehsalat Birliyi istismarda olan qaz sayğaclarının inventarlaşdırılması və göstəricilərinin çıxarılması prosesinə hazırlaşır.

Bu barədə APA-ya “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, 40 yaşadək olan vətəndaşlar Bakı şəhəri Qaz İstismar İdarəsinin 11 rayon və Abşeron rayon Qaz İstismarı Sahələrində istismarda olan qaz sayğaclarının inventarlaşdırılması və göstəricilərinin çıxarılması məqsədilə bir ay müddətində işə dəvət olunur.

Maraqlananlar “Azəriqaz” İstehsalat Birliyinə 22.11.2009-cu il tarixə kimi müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR