Bank Of Baku

Azərbaycanda “donuz qripi”nə yoluxmuş daha bir xəstə bu gün evə buraxılıb

Azərbaycanda “donuz qripi”nə yoluxmuş daha bir xəstə bu gün evə buraxılıb
# 14 noyabr 2009 08:54 (UTC +04:00)
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, 7 nömrəli Birləşmiş Uşaq Yoluxucu Xəstəxanasından evə yazılan şəxs tam sağalmış vəziyyətdədir. Beləliklə, hazırda xəstəxanada stasionar şəraitdə müalicə alan cəmi 1 virusa yoluxmuş xəstə qalıb. V. Qasımovun sözlərinə görə, hazırda həmin xəstənin durumu kafidir, sağlıq durumunda müsbət dinamika hiss olunur.

Sektor müdiri deyib ki, dünən günün ikinci yarısı virusa yoluxmaqda şübhəli bilinənlərlə bağlı aparılan müayinələr “donuz qripi”nə əlavə yoluxmanın olmadığını göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR