Bank Of Baku

Təhsil naziri: “Azərbaycandakı ali məktəblərdə “donuz qripi”nə qarşı dezinfeksiya işlərinə başlanıb”

Təhsil naziri: “Azərbaycandakı ali məktəblərdə “donuz qripi”nə qarşı dezinfeksiya işlərinə başlanıb”
# 14 noyabr 2009 09:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, paytaxtın bütün orta məktəbləri virusa qarşı dezinfeksiya edilib, bundan sonrakı mərhələdə isə regionlarda yerləşən orta və ali məktəblər dezinfeksiya ediləcək. M. Mərdanovun sözlərinə görə, nazirlik məktəbəqədər təhsil müəssisələrinin dezinfeksiya edilməsi ilə bağlı da müraciət edib: “Mənə belə gəlir ki, Səhiyyə Nazirliyi plana uyğun sürətdə dezinfeksiya işləri aparacaq. Hələlik təhsil müəssisələrindən bizə ciddi siqnal daxil olmayıb. Bəziləri maraqlanırdı ki, Azərbaycanda virusun qeydə alınması ilə əlaqədar məktəblər bağlanacaq, ya yox? Hazırda orta məktəblərdə bir həftəlik tətildir. Mənə elə gəlir ki, “donuz qripi” Azərbaycanda ciddi hadisəyə çevrilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR