Bank Of Baku

Nazir: ““Donuz qripi” qeydə alınmış ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı hələlik narahatedici xəbər yoxdur”

Nazir: ““Donuz qripi” qeydə alınmış ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı hələlik narahatedici xəbər yoxdur”
# 14 noyabr 2009 09:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. ““Donuz qripi” qeydə alınmış ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı hələlik narahatedici xəbər yoxdur. Belə bir hadisə baş verərsə, Azərbaycan hökuməti adekvat tədbir görəcək”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, hazırda virusun geniş yayıldığı Ukraynada dövlət xətti ilə 10-12 azərbaycanlı gənc təhsil alır: “Ancaq öz hesabına təhsil alanların sayı bundan bir neçə dəfə çoxdur. Mən həm səfirliklə, həm də müxtəlif kanallar vasitəsilə həmin tələbələrin səhhəti ilə maraqlanmışam. Hələlik qriplə bağlı narahatlıq yaradacaq hər hansı məlumat almamışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR