Bank Of Baku

Misir Mərdanov: “Son bir neçə ildə 10 min nəfər ağdamlı Ağdama qayıdıb”

Misir Mərdanov: “Son bir neçə ildə 10 min nəfər ağdamlı Ağdama qayıdıb”
# 14 noyabr 2009 09:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Son bir neçə ildə 10 min nəfər ağdamlı Ağdama qayıdıb. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov Ağdam və Bərdəyə səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, cəbhə bölgələrində vəziyyət gözlədiyindən daha yaxşı olub: “Ağdam və Bərdədə məktəblərimiz tam fəaliyyət göstərir. Xüsusən prezidentin sərəncamı ilə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına yeni salınmış qəsəbələrdə vəziyyət olduqca yaxşıdır. Hər qəsəbədə müasir səviyyəli uşaq bağçaları və məktəblər fəaliyyət göstərir. Ümumiyyətlə, insanların əhval-ruhiyyəsi çox yüksəkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR