Bank Of Baku

Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının II turunun açılışı keçirilib

Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının II turunun açılışı keçirilib
# 14 noyabr 2009 09:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının II turunun açılışı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiadada 28 ali məktəbdən 544 tələbə iştirak edir. İldən-ilə olimpiadada iştirak edən tələbələrin və ali məktəblərin sayı artır: “Olimpiada ali məktəblərdə təhsil alan tələbələrin müxtəlif fənlərə marağını artırmağa və həmin fənlər üzrə onların hazırlıq səviyyəsini nümayiş etdirməyə şərait yaradır. 2003-cü ilə qədər olimpiada riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə keçirilib. Sonradan olimpiada fənləri sırasına Azərbaycan dili, Azərbaycan tarixi, ingilis, alman, fransız dilləri, Azərbaycan coğrafiyası, bu il isə rus dili fənni daxil edilib”.

M.Mərdanovun sözlərinə görə, olimpiadada paytaxtda yerləşən dövlət ali məktəbləri ilə yanaşı, özəl və regionlardakı ali məktəblər də iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR