Bank Of Baku

“Müasir iqlim dəyişmələri və Azərbaycan” mövzusunda seminar keçirilib

“Müasir iqlim dəyişmələri və Azərbaycan” mövzusunda seminar keçirilib
# 14 noyabr 2009 09:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycan Dövlət Teleqraf Agentliyi (“AzərTac”) və UNESCO-nun Moskva bürosu bu gün “Müasir iqlim dəyişmələri və Azərbaycan” mövzusunda seminar keçirib. APA-nın xəbərinə görə, pilot layihə əsasında keçirilən seminarda kütləvi informasiya vasitələrinin ekoloji problemlərdən yazan əməkdaşları iştirak ediblər. Seminarda məqsəd Azərbaycanda ekologiya mövzusunda yazan jurnalistlərin peşəkarlığını artırmaq, KİV nümayəndələrini qlobal iqlim dəyişmələrinin əsas səbəbləri, onun Azərbaycana və regiona təsirləri ilə tanış etmək, həmçinin iqlim dəyişmələri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq olub. Seminarı giriş sözü ilə “AzərTAc”-ın baş direktoru Aslan Aslanov tədbirin faydalı olacağına inandığını deyib. O,
UNESCO ilə birlikdə keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

UNESCO-nun Azərbaycan üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva seminarın məqsədi barədə ətraflı məlumat verib.

Seminarda ekologiya sahəsində tanınmış alim və mütəxəssislərin “Qlobal iqlim dəyişmələrinin Azərbaycanın hidrometeoroloji şəraitinə təsiri”, “Alternativ enerji mənbələri. Enerji effektivliyi. İqlim dəyişiklikləri”, “İqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinə təsiri” və digər mövzularda məruzələr dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR