Bank Of Baku

Monitorinqlər nəticəsində Bakı və Gəncədəki apteklərdə qoruyucu maskaların süni qıtlığının və qiymət artımının qarşısı alınıb

Monitorinqlər nəticəsində Bakı və Gəncədəki apteklərdə qoruyucu maskaların süni qıtlığının və qiymət artımının qarşısı alınıb
# 14 noyabr 2009 10:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin keçirdiyi monitorinqlər nəticəsində Bakı və Gəncə şəhərinin apteklərində qoruyucu maskaların (respirator) süni qıtlığının və qiymət artımının qarşısı alınıb. Bu barədə APA-ya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, monitorinqlər nəticəsində qoruyucu respiratorların baha satılması faktları aşkarlanıb və müvafiq tədbirlər görülüb. Nəticədə bəzi apteklərdə 30-50 qəpik arası satılan respiratorların qiyməti 10-15 qəpiyə endirilib.

Hazırda İqtisadi İnkişaf Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə monitorinqləri davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR